İki yanğın söndürən maşın gəldi - Yanan qazan imiş 

15:29 14.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Yasamal rayonunda yerləşən mənzillərdən birində tüstülənmə olub.

Hafta.az xəbər verir ki, hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Belə ki, tüstülənmənin səbəbi ev sahibinin yemək qazanını yanar qazın üzərində unutması olub. Ev sahibi qazı söndürməyi unudaraq, qapını bağlayıb evdən gedib.

Yanğınsöndürənlər evə pəncərədən daxil olaraq qazı söndürüb və baş verə biləcək yanğın təhlükəsinin qarşısını alıblar.